Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:07

Qalmaqallı həkimə cinayət işi açılıb


Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Ayağı səhvən kəsilən: "Həkim pula görə məni bu günə qoydu"

-

Diabet xəstəliyindən əziyyət çəkən Tərlan Məmmədovanın diaqnoz qoyulan sol ayağı əvəzinə sağ ayağının kəsilməsi ilə bağlı cinayət işi açılıb.

Bu haqda Baş Prokurorluğun məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimovun T.Məmmədovanın sağlamlığına ağır zərər vurması haqda Yasamal Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

«Araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri müəyyən edilib. Fakta əsasən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb»,-deyə Baş Prokurorluq bildirir.

HƏKİM DİNDİRİLİB, SƏRBƏST BURAXILIB

Həkim-cərrah Valeh Kərimov artıq istintaqa ifadə verib. O, istintaqdan sonra sərbəst buraxılıb.

Bu haqda APA-ya həkimin özü xəbər verib.

O qeyd edib ki, bu gün (25 iyun) Yasamal rayon Prokurorluğuna dəvət edilərək ifadəsi alınıb.

«İstintaqa hər şeyi olduğu kimi dedim. Bu iş hər bir həkimin başına gələ bilər. Əvvəlcədən nə isə demək istəmirəm. Məsələni hüquq-mühafizə orqanları araşdırır. Araşdırmanın nəticəsini də biləcəksiniz», - deyə həkim bildirib.

XS
SM
MD
LG