Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib.

Prezident İlham Əliyev iyunun 24-də bununla bağlı fərman imzalayıb.

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» fərmana edilən dəyişikliklər xidmətin ləğvini və onun istifadəsində olan dövlət əmlakının başqa qurumlara verilməsini nəzərdə tutur. Əmlak Dövlət Sosial Müdafiə Fondu və Dövlət Məşğulluq Xidmətinə verilir.

Fərmana əsasən, əlaqəli dövlət qurumlarının ştat vahidləri müəyyən edilib.

Bir müddət öncə prezidentin başqa bir sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv olunmuşdu.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmişdi.

Daha əvvəl isə 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözügedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı.

Müstəqil iqtisadçılar hökumətin bu addımlarını neftin qiymətinin düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması ilə izah edirlər. Onların fikrincə, bütün bunlar ölkədə işsizlərin sayını artırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG