Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:47

-

İyunun 25-də Avropa çempionatının 1/8 final mərhələsinin 3 oyunu keçiriləcək.

İlk oyunda A və C qrupunda ikinci olmuş İsveçrə və Polşa milliləri üz-üzə gələcək.

B qrupunun lideri olmuş Uels millisi isə Şimali İrlandiya ilə qarşılaşacaq. Şimali İrlandiya B qrupunun üçüncüsü olmuşdu.

Ən gərgin qarşılaşma isə Xorvatiya millisi ilə Portuqaliya qarasında keçiriləcək. Xorvatiya D qrupundan lider kimi, Portuqaliya isə F qrupundan üçüncü çıxıb. Hər üç oyununu isə heç-heçəylə qurtarıb.

İsveçrə ilə Polşa oyunu Bakı vaxtı ilə saat 17.00-da, Uels-Şimali İrlandiya qarşılaşması 20.00-da, Xorvatiya-Portuqaliya oyunu isə 23.00-da baş tutacaq.

XS
SM
MD
LG