Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:51

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 9 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndindən Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri atəşə tutulub.

Nazirlik bildirir ki, Tərtər, Ağdam və Füzuli rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Müdafiə Nazirliyinin iyunun 24-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 17 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG