Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:27

-

İyunun 24-də günün ikinci yarısında yağan şiddətli leysan yağışlarının Qusar rayonun Kuzun kəndində ciddi fəsadlar törətdiyi bildirilir.

Bu haqda Qusar rayon fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov məlumat verib

Ş. Fərəməzovun APA-ya deməsinə görə, dağlardan gələn sel suları Kuzun kəndində 20-dən çox evin içinə dolub. Selin təsirindən bəzi evlərin divarları uçub.

Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alanların olmadığı bildirilir.
Ş. Fərəməzovun deməsinə görə, dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüblər.

O, bildirib ki, 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb.Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlarına da ciddi ziyan vurub.

Hazırda yağış yağmasa da, dağlardan kəndə sel sularının axınının davam etdiyi bildirilir.

Bir qədər əvvəl aramsız yağan yağışlardan Şamaxı, İsmayıllı, Göyçay və daha bir neçə rayonda da körpülər uçmuş, bir sıra kəndlərlə əlaqə kəsilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG