Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

ABŞ prezidemti Barack Obama Böyük Britaniyada keçirilən referendumun nəticəsi ilə bağlı bəyanat verib.

Sənəddə deyilir ki, Böyük Britaniya öz istəyini ifadə edib və ABŞ buna hörmətlə yanaşır.

Bəyanatda bildirilir ki, ABŞ-la Böyük Britaniya arasındakı xüsusi münasibətlər qalır, Britaniyanın NATO-ya üzvlüyü isə ABŞ-ın xarici, təhlükəsizlik və iqtisadisiyasətində vacib təməl daşıdır.

Bəyanatda qeyd edilir ki, həmçinin ABŞ-Avropa Birliyi münasibətləri olduğu kimi qalacaq.

Obama sonda bildirir ki, Böyük Britaniya ilə Avropa Birliyi, dünyanın sabitliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün ABŞ-ın əvəzedilməz tərəfdaşları kimi qalmaqda davam edəcəklər.

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda, seçicilər ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG