Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

-

Nəsimi rayonunda intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, olay 28 May küçəsi 9 ünvanında yerləşən ofisdə qeydə alınıb.

39 yaşlı Bakı sakini Vüsal Rəcəbovun intihar məqsədi ilə sirkə turşusu qəbul etdiyi bildirilir. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq V.Rəcəbov xəstəxanada vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu iyunun 24-də intiharla bağlı yayılan ikinci xəbəridir.

Səhər saatlarında 41 yaşlı Bakı şəhəri sakini Zümrüd Qasımovanın özünü asdığı bildirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG