Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

ABŞ-da Demokrat partiyasından prezidentliyə iddiaçı Berne Sanders bəyan edib ki, əgər partiya onun rəqibi Hillary Clintonun namizədliyini irəli sürsə seçkidə ona səs verəcək.

Sanders cümə günü “MSNBC” televiziyasına müsahibəsində Respublikaçılar partiyasından prezidentliyə iddiaçı Donald Trumpun seçkidə mümkün qələbəsini faciə adlandırıb.

Qeyd edək ki, Sanders hələ ki, partiyadaxili mübarizəni dayandırmayıb.

Amma Clinton artıq namizədliyinin verilməsi üçün lazım olan dəstəyi təmin edib.

Demokratlar iyuldaprezidentliyə yekun namizədlərini irəli sürəcəklər.

ABŞ-da növbəti prezident seçkisi noyabrın 8-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG