Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

-

SOCAR-ın törəmə strukturu olan “Azneft” İstehsalat Birliyi 2017-ci ildə neft və qaz hasilatını artırmağı planlaşdırır. Bundan ötrü 88 yeni quyu qazılacaq.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, bu haqda “Azneft” İstehsalat Birliyinin 2017-ci ilin iş proqramının müzakirəsində bildirilib.

“Proqrama əsasən, 2017-ci ildə 88 yeni quyunun qazılması, 89 quyuda qazma işlərinin başa çatdırılması, 45 yeni obyektin istismara verilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.

Məlumatda qeyd edilir ki, birliyin baş direktorunun müavini, Ədalət Eminov müzakirələrdə bildirib ki, cari ilin sonuna kimi “Qoşadaş” strukturunda kəşfiyyat işləri yekunlaşacaq, müsbət nəticə əldə edilərsə, qazma işlərinə başlanılacaq.

Eləcə də gələn il “Bulla-dəniz” yatağında seysmik-kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur.

2015-ci ildə “Azneft” 6 milyon 778 min ton neft və 6,1 milyard kubmetr qaz istehsal edib.

2016-cı ildə neft hasilatı 6,3 milyon ton, 2017-ci ildə 6,4 milyon ton, 2018-ci ildə isə 6,5 milyon ton səviyyəsində proqnozlaşdırılır.

Növbəti ildə qaz hasilatının illik 5,6 milyard kubmetr, 2017-2018-ci illərdə isə 5,8 milyard kubmetr olması gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG