Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

-

"Rusiya Azərbaycandan əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. Buna səbəb həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır ”.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Komitə hesab edir ki, ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər başa düşüləndir.

“Ancaq beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və təbii qarşılana bilər”, deyə komitə qeyd edir.

Son 3 gündə Rusiyaya 52 vaqon və 161 yük avtomobili meyvə - tərəvəz gedib

Komitə bildirir ki, iyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb.

“Son 3 gündə - iyun ayının 21-dən 24-ə qədər pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161 yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb”, komitə qeyd edir.

Ekspertlər deyir ki, Azərbaycanın şimal rayonlarının əhalisi arasında yaz aylarında əl yükləri ilə cüzi miqdarda kənd təsərrüfatı mallarını Rostov və Dağıstan bazarlarına aparmaq geniş yayılmışdı. Çünki belədə gömrükdə rüsum ödənmirdi. Ekspertlərin deməsinə görə, vətəndaşlar Rostov və Rusiyanın digər şəhərlərindən bunun əvəzində Azərbaycanda baha olan ərzaq mallarını alıb gətirirdilər. Rusiyada ərzaq mallarının Azərbaycana nisbətən ucuz olduğu deyilir. Azərbaycanın şimal rayonlarının əhalisinin alış-verişə Dağıstana getdikləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG