Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

►Heydər Əliyev Fondundan gəlib

Bundan əvvəl nazirliyin aparatına rəhbərlik etmiş Əli Abdullayev rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

O, bu vəzifədə İltimas Məmmədovu əvəz edib. Yeni birinci müavin 1979-cu ildə anadan olub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

Əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

O, 2013 – 2016-cı illərdə Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert fəaliyyəti göstərib.

Heydər Əliyev Fonduna prezidentin həyat yoldaşı, deputat Mehriban Əliyeva rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG