Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

-

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bundan sonra Azərbaycanda qeyri- kommersiya məqsədilə aldıqları mallara görə Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunacaqlar. Onlar ölkədən çıxarkən aldıqları mallara görə ödədikləri ƏDV-ləri geri ala biləcəklər.

APA-nın xəbərinə görə, bu, iyunun 24-də Milli Məclisin növbədənkənar plenar iclasda Vergi Məcəlləsinə qəbul edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Vergilər Nazirliyi bununla bağlı Azərbaycana səfər edənlərə TAX FREE imkanı yaradıldığını açıqlamışdı. Nazirlikdən verilən məlumata görə, TAX FREE alış-veriş zamanı ödədilən verginin geri alınmasını nəzərdə tutur.
Bu imkandan istifadə etməkdən ötrü xüsusi TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edilməlidir.

Azərbaycanda təqdim edilən bütün mallara görə ƏDV-nin dərəcəsi 18 faizdir.

ZAHİD ORUCLA SPİKERİN MÜBAHİSƏSİ

Bu məsələ deputat Zahid Orucla spikerin mübahisəsinə səbəb olub.

Z.Oruc qanun layihəsinin qəbuluna qarşı çıxıb və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının TAX FREE tətbiqinin gündəmdən düşdüyünü göstərdiyini qeyd edib.

Spiker Oqtay Əsədov isə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının bu məsələyə aid olmadığını qeyd edib: «TAX FREE Azərbaycanda ticarət dövriyyəsinin artmasına səbəb olacaq».

O.Əsədov Z.Orucu mövzu üzrə danışmağa çağırıb. Z.Orucun yerdən etirazına isə spikerin reaksiyası sərt olub: «Mövzudan danış. Özünü qabiliyyətli apar. Həddini aşırsan, yerindən danışma».

Günün bütün mövzuları

XS
SM
MD
LG