Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

-

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, Britaniyanın alyansdakı mövqeyi “dəyişilməz qalacaq”. İyunun 23-də britaniyalılar Avropa Birliyindən çıxmağa “hə” deyiblər.

Stoltenberg iyunun 24-də deyib ki, Birləşmiş Krallıq “AB ilə münasibətlərində yeni mərhələni müəyyənləşdirdiyi bir zamanda” “NATO-nun güclü və sadiq müttəfiqi” kimi qalacaq.

Onun sözlərincə, NATO AB ilə daha sıx əməkdaşlığa tərəfdardır və qətiyyətli NATO təlatümlü dünyada sabitliyin əsas sütunudur.

Referendumdan öncə Stoltenberg xəbərdarlıq edirdi ki, “parçalanmış Avropa qeyri-sabit və proqnozlaşdırılması mümkün olmayan duruma töhfəsini verəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG