Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

-

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də deyib ki, Hindistanla Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına 2017-ci ildə qoşula bilərlər.

Qurumun Daşkənddə keçirilən sammitində danışan Putin söyləyib ki, Nyu Dehli və İslamabad “üzv ölkə statusunu almaqdan ötrü bütün öhdəlikləri yerinə yetirməlidir”.

Rusiya prezidenti ümidini bildirir ki, bu ölkələr gələn il Qazaxıstanda keçiriləcək sammitədək tam üzvlüyə doğru irəliləyəcəklər.

Putin onu da söyləyib ki, İranın bu təşkilata üzvlüyü yolunda əngəl qalmayıb.

Onun sözlərincə, İranın üzvlüyü o halda mümkün olar ki, “nüvə problemi həll olunsun və BMT sanksiyaları qaldırılsın”.

ŞƏT-in üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.

Əfqanıstan, Belarus, İran, Hindistan, Monqolustan və Pakistan qrupda müşahidəçi statusundadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG