Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:19

-

Müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin rəisi Janusz Bojarski ilə görüşüb.

Nazirliyin mətbuat xidməti bildirir ki, görüşdə Zakir Həsənov qonağa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.

Öz növbəsində general-mayor J.Bojarski Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyindən danışıb.

İtaliya paytaxtı Romada yerləşən NATO Müdafiə Kollecinin «Ali kurs» dinləyicilərindən ibarət nümayəndə heyəti iyunun 22-də Azərbaycana gəlib.

NATO Müdafiə Kollecinin əsas məqsədi hərbi-siyasi məsələlər üzrə strateji düşüncə tərzini təkmilləşdirməkdir. Bundan başqa, bu qurum yüksəkrütbəli zabit və vəzifəli şəxsləri NATO-nun mühüm vəzifələrində xidmətə hazırlayır.

Səfər iyunun 24-dək davam edəcək.

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayır.

2004-cü ildə Azərbaycan bu alyansın Fərdi Tərəfdaşlıq Əməliyyat Planına qoşulub. Ancaq son illər Azərbaycan rəsmiləri açıqca bildirirlər ki, NATO-ya üzvlük məsələsi gündəlikdə durmur. Müxalifət hakimiyyətin bu mövqeyini Rusiyanı qıcıqlandırmaq istəməmək və islahatlardan qaçmaq kimi dəyərləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG