Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:41

-

Böyük Britaniyanın baş naziri David Cameron üç aydan sonra istefa vermək niyyətini bildirib. Cameron seçiciləri AB-də qalmağa səs verməyə çağırırdı. O, iyunun 24-də deyib ki, “AB-ni tərk etmək üzrə danışıqlar” başqa baş nazirin rəhbərliyilə aparılmalıdır.

“Britaniya xalqı AB-dən çıxmağa səs verib, onların iradəsinə sayqı göstərilməlidir”, Cameron deyib.

Bundan öncə Müstəqillik Partiyasının lideri Nigel Farage onu istefaya çağırmışdı. Farage demişdi ki, “müstəqil Böyük Britaniya üzərinə gün doğur”.

Britaniyalıları Avropa Birliyindən çıxmağa səs veriblər. 52 faiz çıxmağa “hə”, 48 faiz “yox” deyib. Seçici fərqi 1,27 milyon nəfərdir.

Britaniyanın xarici işlər naziri Philip Hammond deyib ki, referendum nəticələri Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalıb-qalmayacağı barədə sualları yenidən gündəmə gətirir.

Şotlandiya və Şimali İrlandiya AB-də qalmağa səs veriblər.

Bu səsvermə oxşar referendumların AB-nin digər yerlərində də keçiriləcəyi sarıdan narahatlıq yaradıb.

Avropa Şurasının Prezidenti Donald Tusk deyib ki, Avropa “birliyimizin gələcəyi barədə daha geniş düşünməyə başlamalıdır”.

Almaniya elan edib ki, iyunun 25-də AB-nin təsisçi dövlətlərinin xarici işlər nazirləri görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG