Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:35

Rusiyanın İran xahişi qəbul olunmadı


Qurum liderləri Daşkənddə, 23 iyun, 2016-cı il

Qurum liderləri Daşkənddə, 23 iyun, 2016-cı il

-

Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı İranı quruma qəbul etməklə bağlı Rusiyanın xahişini rədd edib.

Çində yaradılmış bu Asiya təhlükəsizlik bloku Moskva və Pekindən ötrü Asiyada nüfuz platformasıdır. Ancaq Rusiyadan fərqli olaraq, Çin təşkilatın güclü antiqərb mövqe sərgiləməsinə elə də meylli deyil.

İran quruma çoxdan qoşulmaq istəyir. Rusiya da deyir ki, Qərbin Tehrana sanksiyaları qaldırıldığından üzv ola bilər.

Rusiya Prezidenti Vladimir Putin-in qurumdakı elçisi Bakhtiyor Khakimov jurnalistlərə deyib ki, İranın qəbulu ideyasına “prinsipcə” qarşı çıxan yoxdur, ancaq zamanla bağlı “texniki nüanslar” var.

Çinli diplomatları məsələni şərh etməyiblər. Ancaq Çinin Xarici işlər naziri Wang Yi daha öncə deyirdi ki, Pekin Hindistanla Pakistanın üzvlük prosesinə diqqət ayırmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG