Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

-

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri iyunun 23-də bir fermaya, 3 əkin sahəsinə, 7 partlayış yerinə baxış keçiriblər. Dörd partlamamış hərbi sursatın aşkar edilərək götürüldüyü deyilir.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, Tərtər rayonunun Cəmilli kəndində bir «Qrad» raketinin mühərrik hissəsi, Füzuli rayonunun Horadiz kəndində 82 millimetrlik iki minaatan mərmi aşkar olunaraq götürülüb. Qazax rayonunun Quşçu Ayrım kəndində isə 125 millimetrlik 1 tank mərmisinin götürülərək zərərsizləşdirildiyi qeyd edilir.

Agentlik bildirir ki, aprelin 7-dən iyunun 23-dək 1548 partlamamış hərbi sursat, piyada əleyhinə 14, tank əleyhinə isə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Aprelin 2-dən 5-ə kimi Qarabağ cəbhəsində yenidən hərbi əməliyyatlar bərpa edilib. Hər iki tərəfdən onlarla hərbiçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada yenidən atəşkəs razılığı əldə ediblər.

Bundan sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bölgədə yenidən fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG