Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

-

Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, ölkənin aktivinə 54-cü vəsiqəni boksçu Teymur Məmmədov yazdırıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçısı bu hüquqa Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yiyələnib. Rioda Azərbaycanın bayraqdarı olmağa əsas namizəd Bakıdakı turnirdə yarımfinala yüksəlməklə Braziliyaya getməyə haqq qazanıb.

Bununla, boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin isə Rioya lisenziya sayı 8-ə çatıb.

Azərbaycanın ağırlıqqaldırma üzrə 1 lisenziyası dopinq qalmaqalına görə geri alınıb.

Rio Yay Olimpiya Oyunları avqustun 6-dan 21-nə kimi keçiriləcək. Planetin 205 ölkəsinin 12500-ə yaxın idmançısı 17 gün ərzində Braziliyanın stadionlarında ən güclünü müəyyən edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG