Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:33

-

ABŞ rəsmisi deyir ki, İranla Boeing şirkəti arasındakı ilkin saziş Tehranın biznesə açıq olduğunu göstərir. İran dünya gücləri ilə nüvə sazişi imzalayandan sonra bu ilin yanvarında sanksiyalar qaldırılıb.

Dövlət Departamentinin İran üzrə baş müşaviri Leslie Tsou iyunun 23-də deyib ki, bu həftə Boeing-lə elan edilmiş saziş, şirkətlərin ABŞ-ın qüvvədə olan sanksiyaları sarıdan narahatlığına baxmayaraq, “İranla biznes qurmağın mümkünlüyünü” göstərir.

Vaşinqton Tehranı insan haqları pozuntuları və terrorçuluqda ittiham etdiyindən bəzi sanksiyaları qüvvədə saxlayıb.

“Bilirik ki, bəzi sanksiyalarımız mürəkkəbdir və xeyli şirkətlərimiz və biznes adamlarımız bundan narahatdır. Ancaq bu razılaşma göstərir ki, hər bir Amerika şirkəti belə hərəkət edə bilər”, Tsou Yerevanda AzadlıqRadiosunun erməni xidmətinin direktoru Harry Tamrazian-a müsahibəsində deyib.

“Iran Air” şirkətinin Boeing ilə ilkin razılaşması 25 milyard dollar dəyərindədir. Boeing bildirib ki, İranla bütün sazişlər ABŞ hökuməti tərəfindən təsdiqlənməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG