Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:18

Müxalifətdən BMT-yə bomba xahişi


Rusiyanın istifadə etdiyi çəllək bombaları, arxiv fotosu

Rusiyanın istifadə etdiyi çəllək bombaları, arxiv fotosu

-

Suriyanın əsas müxalifət qrupu BMT-dən xahiş edib ki, Rusiyanın Suriyada dəfələrlə çəllək və yandırıcı bombalar istifadə etməsinə dair iddiaları araşdırsın.

“Rusiya hava qüvvələri Suriya vətəndaşlarını öldürmək, cismani ziyan vurmaq və terrorizə etməkdən ötrü dəfələrə yandırıcı silahlardan və çəllək bombalarından istifadə edib. Azı 10 sənədləşdirilmiş insident var”, Ali Danışıqlar Komitəsinin koordinatoru Riad Hijab iyunun 23-də BMT-nin Baş katibi Ban Kİ-moon-a məktubunda yazır. “Onlar Adi Silahlar barədə Konvensiyanı və beynəlxalq humanitar qanunu pozublar”.

Konvensiya hər iki silah növünü qadağan edir. Rusiya ordusu bu cür bombalardan istifadə etmədiyini deyir. Ancaq Rusiyanın RT televiziyası ötən həftə Suriyada belə bombalarla silahlandı görünən Rusiya qırıcılarını göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG