Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

-

Prezidenti İlham Əliyev “Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ” fərman imzalayıb. Fərman Vergilər Nazirliyinin hüquqlarının artırılmasını nəzərdə tutur.

Əsasnaməyə edilən dəyişiklərə görə, Vergilər Nazirliyi məhkəmələr vasitəsilə vergi ödəyicilərinin ölkədən çıxışına məhdudiyyət qoyulması imkanına sahib olacaq.

Vergi ödəyicisi öhdəliyini zamanında yerinə yetirməzsə nazirlik onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ötrü məhkəməyə müraciət edə biləcək.

Fərmanla həmçinin, Vergilər Nazirliyinə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsinə nəzarət etmək hüququ da verilib.

Bu fərmana qədər Vergilər Nazirliyi vergi cinayətlərinə dair materialları toplayıb prokurorluğa təqdim edirdi. Yalnız bundan sonra prokurorluğun təqdimatı ilə şəxsin ölkədən çıxışına qadağa qoyulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG