Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:24

-

İyunun 24-də Heydər Əliyev Sarayında “Youthvision” mahnı festivalının açılış mərasimi keçiriləcək.

Bu haqda Gənclər və İdman Nazirliyinin saytı xəbər verir.

Tədbirə qonaq qismində məşhur fransız müğənnisi İnqrid də qatılacaq.

“Youthvision” “Eurovision” mahnı müsabiqəsinə rəqib yarışma kimi təqdim olunur. “Youthvision” yarışmasının “Baku Crystal Hall”da keçiriləcəyi və 20-dən çox ölkənin iştirak edəcəyi bildirilir.

Yarışmanın təşkilatçısı Gənclər və İdman Nazirliyidir.

Yarışmanı izləyən xarici vətəndaşlara qarşılama, otel, yemək və paytaxt gəzintisinin ödənişsiz olacağı bildirilirdi.

Ancaq Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bu deyilənlərin həqiqət olmadığını söyləyib:

“Müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi daxildir. Yol xərcləri iştirakçı və münsiflər tərəfindən ödənilir”.

Ancaq bəzi ekspertlər düşünürlər ki, hökumət bu yarışla bağlı bəzi xərcləri açıqlamır.

Günün bütün mövzuları

XS
SM
MD
LG