Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:18

30 min dövlət qulluqçusu var


Mədəniyyət Nazirliyinin məmurları iclas zamanı (Arxiv)

Mədəniyyət Nazirliyinin məmurları iclas zamanı (Arxiv)

-

Azərbaycanda 30 min 100 nəfər dövlət qulluqçusu var. Bu, 2016-cı il yanvarın 1-ə qədər olan dövrü əhatə edir.

Bu haqda Dövlət Statistika Komitəsinin bilgilərində deyilir.

Qadınlar...

Komitənin bilgilərinə görə, dövlət qulluqçularının 29,2 faizi qadınlardır.

Dövlət qulluqçularının 3,9 faizinin inzibati vəzifələrin ali pilləsi sayılan 3-cü təsnifatda çalışdığı bildirilir. Onların 75,4 faizi 4-7-ci təsnifatlara aiddir, 20,7 faizi isə yardımçı vəzifələrdə çalışırlar.

Dövlət qulluqçularının 26,9 faizinin 15 il və daha çox qulluq stajına malik olduğu bildirilir. Onların 7,3 faizinin 1 ilə qədər, 27,9 faizinin 1 ildən 5 ilə qədər, 21,6 faizinin 5 ildən 10 ilə qədər, 16,3 faizinin isə 10 ildən 15 ilə qədər iş stajı var.

Qulluqçuların yaşı...

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü diqqət çəkir.

Bilgilərə görə dövlət qulluqçularının böyük hissəsi 44 yaşa qədər olanlardır. 30 yaşa qədər olanlar qulluqçuların 17,9, 30-34 yaşda olanlar 15, 35-44 yaşda olanlar isə 21,8 faizini təşkil edir.

Bu bölgüdə ən iri pay 45-54 yaşda olan qulluqçulara aiddir - 24,3 faiz.

55-62 yaşda olanlar da az deyil. Onlar dövlət qulluqçularının 17,5 faizini əhatə edir. 63-64 yaşda olanlar 2,3, 65-dən yuxarılar isə 1,2 faizdir.

Komitənin bilgilərində dövlət qulluqçularının orta aylıq əmək haqqının 2015-ci ildə 611,9 manat təşkil etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG