Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:23

-

Bakı Apellyasiya Məhkəməsi ölkədən çıxışına qadağa qoyulmuş jurnalist Aynur Qəhrəmanovanın (Elgünəş) apellyasiya şikayətini təmin etməyib.

Bu haqda jurnalistin özü məlumat verib.

Jurnalistin bildirdiyinə görə, ölkədən çıxışına qoyulan qadağanın qaldırılması tələbi ilə əvvəlcə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə aprelin 26-da həmin şikayəti təmin etməyib.

Həmin qərar Meydan.TV-nin 2015-ci ildə vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (vergi ödəməkdən yayınma-) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinin başlanılması ilə əsaslandırılıb.

Bakı Apellyasiya Məhkəməsi həmin qərarı əsaslı sayaraq şikayəti rədd edib.

Jurnalist Apellyasiya Məhkəməsinin qərarını qanunsuz hesab etdiklərindən vəkilləri vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG