Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Özbəkistanda “İpək yolu” layihəsi çərçivəsində yeni dəmiryol xətti və tunelinin açılışı olub. Layihəni çin maliyyələşdirib.

Bu yol Özbəkistanın Fərqanə vadisi ilə ölkənin digər ərazisini birləşdirir.

Anqren-Pap xətti Kamçik aşırımından keçir. Bu xətt “İpək yolu” nun əsas hissələrindən biridir və Çinlə Orta Asiyanı birləşdirir.

Açılış mərasimində Çin prezidenti Xi Jinping və Özbəkistan prezidenti İslam Karimov iştirak ediblər.

Çin şirkətləri ötən il Özbəkistana 15 milyard dollara yaxın sərmayə qoyublar.

İki ölkə arasındakı ticarət dövriyyəsi isə 1 trilyon dolları ötüb.

Bu Çinin xarici ticarət dövriyyəsinin ¼-i deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG