Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

-

Azərbaycan və Avropa Birliyi (AB) arasında “Open Skies” ( Açıq səma) aviasiya sazişi çərçivəsində danışıqlar praktiki müstəviyə keçir.

Avropa Birliyinin Bakıdakı səfiri Malena Mard iyunun 23-də jurnalistlərə bildirib ki, tərəflər ümumi aviasiya zonasına dair sazişin hazırlanmasına hazırdır. Bu saziş aviasiya sektorunda rəqabətin artmasına imkan verəcək.

“Hazırda biz strateji tərəfdaşlıq haqqında saziş üzərində işləyirik və bu, AB strukturları daxilində öz davamını alacaq. Payızın əvvəlində altkomitələr səviyyəsində bəzi görüşlərin keçiriləcəyini gözləyirik. Bu görüşlər zamanı qarşılıqlı fəaliyyətə dair bütün məsələləri müzakirə etmək mümkün olacaq. İlk görüşlər sentyabrın əvvəlində başlayacaq. Avropa Birliyi və Azərbaycan arasında çox intensiv payız kontaktları olacaq”, - o vurğulayıb.

Bu il aprelin 6-da AZAL prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında hava daşınmaları bazarının liberallaşdırılması məqsədi ilə“açıq səma” haqqında sənəd imzalayıblar.

Ekspertlərin fikrincə, bu, hava əlaqəsinin təşkili prosesinin sadələşdirilməsinə imkan yaradıb və kommersiya reyslərinin artırılmasına xidmət edəcək. Bu tipli saziş aviaşirkətlərin marşrutu və qiymət qoyuluşuna dair kommersiya qərarlarına dövlətin müdaxiləsinin aradan qaldırılmasını nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük aviadaşınmaları üzrə daha əlverişli və effektiv xidmətlər göstərməyə imkan verəcək.

2014-cü ilin avqustunda ABŞ Federal Aviasiya Administrasiyası mülki aviasiya üzrə normativ bazanın təkmilləşdirilməsinə görə, Azərbaycana bu sahədə yüksək səviyyə - “A” kateqoriyasını verib. Bu da 2014-cü il sentyabrın 23-dən Bakı- Nyu-York və geriyə birbaşa reysinin açılmasına imkan yaradıb. Reys həftədə iki dəfə müasir Boeing-787-8 Dreamliner təyyarəsilə həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG