Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Yerevanın mərkəzində Roma papası Francisin gəlişinə hazırlıq işləri görülür.

Cümə günü Roma papasının Yerevana 3 günlük səfəri başlayır.

O səfər zamanı baş xristian kilsəsində olacaq, siyasətçilər, diplomatlar və dini xadimlərlə görüşəcək.

Yerevan sakinləri bu səfəri çox vacib sayırlar: “Hesab edirəm ki, bu çox vacib səfərdir. Birincisi bu insanın rütbəsinə görə. İkincisi isə əgər o özü ilə təbliğ elədiyi hümanitar ailə prinsiplərini gətirib bizim cəmiyyətə də səpsə bu vacib səfər olacaq”, sakinlərdən biri deyir.

Papanın Osmanlı imperiyası dövründə Türkiyədə ermənilərin kütləvi qırğına məruz qalmasına həsr edilmiş abidəyə də baş çəkəcəyi gözlənilir.

Roma papası bir il bundan əvvəl həmin dövrdə baş verənləri XX əsrin dəhşətli hadisəsi “Soyqırım” adalandırıb.

Türkiyə isə bunu inkar edir və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG