Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

Böyük Britaniyada Avropa Birliyində qalıb-qalmamaqla bağlı referendum keçirilir.

Referenduma görə Avropada səhmlər bahalaşıb, çünki investorlar hesab edir ki, Britaniya birlikdən çıxmayacaq.

Frankfurtdakı fond birjasının analitiki Oliver Rot:

“Bizim burda-Frankfurt birjasındaəhvalımız olduqca sabitdir.Referendumun nəticələrini gözləyirik, amma indiyə olan proqnoza görə Böyük Britaniya Avropa Birliyində qalacaq.Bizə nəsə böyük bir problemi sabah gətirə bilər”, deyə o bildirir.

Oliver Tot hesab edir ki, istər iqtisadi,istərsə də siyasi tərəfdən Britaniyanın Avropa Birliyində qalması çox vacibdir.

Məlumatlara görə, Tokio, Seul və Honkonq birjaları isə referenduma görə bağlanıb.

Qeyd edək ki, referendumun nəticələri sabah bəlli olmalıdır.

Referendumda təxminən 46 milyon yarım adam iştirak edir.

Baş nazir David Cameronvə deputatların çoxu ölkənin Avropa Birliyində qalmasını istəyir.

Ona görə də referendumda nəticələr bərabər olsa , deputatlar hesab edə bilər ki, səsvermə xalqın iradəsini əks etdirmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG