Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Credit Suisse İsveçrə Bankı hesab edir ki, Britaniya Avropa Birliyindən çıxsa, bunun nəticəsi 1992-ci ilin "qara çərşənbəsindən" pis olacaq.

Həmin gün funt sterlinq dollara nisbətdə 4 faiz düşmüşdü. O vaxt maliyyəçi George Sorosu ittiham etdilər ki, funt sterlinqə qarşı oynayıb.

Bank analitikləri qeyd edirlər ki, 1992-ci ildən bəri Britaniya dünya iqtisadiyyatlına daha çox inteqrasiya olunub. Funt bu dövrdə daha "beynəlmiləl" olub. O vaxt cari əməliyyatlar Daxili Məhsulun 2 faizi idisə, indi 7 faizidir. Beynəlxalq aktivlər Daxili Məhsulun 500 faizi həcmindədir.

May ayında Britaniya bankı HSBC də bildirmişdi ki, Britaniya Avropa Birliyindən çıxsa, funt sterlinq dollara nisbətən 20 faiz düşə bilər.

İyunun 23-də Britaniya Avropa Birliyindən çıxmaq barədə referendum keçirir. Referendumda bir sual var: "Britaniya Avropa Birliyində qalmalıdırmı?"

Bütün rəy rəy sorğularına görə, birlikdə qalma tərəfdarları çıxma tərəfdarlarından bir neçə faiz çoxdur. Ancaq aradakı fərqin cəmi 1 faiz olduğunu göstərən sorğular var. Səslər gecə yarıdan hesablanmağa başlayacaq.

XS
SM
MD
LG