Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:07

-

Moskva Belarusdan süd məhsullarının idxalının dayandırılması barədə hədələri yumşaldıb.

Rusiyanın Rosselkhoznadzor kənd təsərrüfatı agentliyi iyunun 22-də bildirib ki, aşağı keyfiyyətli məhsullarla bağlı tədbir görülməsə, Belarusdan bütün, yaxud bəzi süd məhsullarının idxalına qadağa qoyula bilər.

“Məncə, Rosselkhoznadzor aşırı reaksiya verib”, kənd təsərrüfatı naziri Aleksandr Tkachev bu bəyanatdan sonra deyib. “Bəzi istehsalçılara problemləri bildirmişik, ancaq südün həcmindən danışmamışıq”, o, sözlərinə əlavə edib.

Nazirin sözlərinə görə, Rusiyada hazırda süd çatışmazlığı yaşayır və Belarussuz çətin olar.

Belarusun kənd təsərrüfatı naziri Leanid Zayats isə edib ki, keyfiyyətlə bağlı problem görmür və “bu məsələ uydurulub”.

Günün bütün mövzuları

XS
SM
MD
LG