Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

-

Fransa bildirir ki, əldə edilən “irəliləyişi” nəzərə alaraq, gələn ay Ukrayna üzrə dördtərəfli sammit keçirilə bilər.

Hökumətin sözçüsü Stephane Le Foll deyir ki, Prezident Francois Hollande bunun iyunun 22-də hökumətin iclasında söyləyib.

Le Foll prezidentin hansı irəliləyişi nəzərdə tutduğunu açıqlamayıb.

Hollande sammit üçün Normandiya formatı deyilən formata istinad edir. Həmin format çərçivəsində Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri görüşür. Öncəki görüş 2014-cü ilin iyununda keçirilmişdi.

Kremlin təmsilçisi Yury Ushakov isə həmin sammitlə bağlı ehtiyatla danışıb, deyib ki, “belə bir işin əsasları yerinə yetirilməyib”.

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında döyüşlərdə 9 min 300 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG