Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

ÜTT ilə 19 illik danışıqlar davam edir


ÜTT
ÜTT

-

İyulun 19-dan 23-dək İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

«Report»un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

«Azərbaycan üzrə işçi qrupun iclası olacaq. Kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqlar aparılacaq. Ola bilsin, üç və bəlkə daha çox təşkilat üzvü ilə danışıqlar aparılsın», - deyə nazir müavini bildirib.

M.Məmmədquliyevin deməsinə görə, Azərbaycan mütləq ÜTT-nin üzvü olacaq. Bunun nə vaxt reallaşacağı isə zaman məsələsidir.

Azərbaycan ÜTT üzvlüyü ilə bağlı 1997-ci ildən danışıqlar aparır. Amma, hələ ki, quruma üzvlük gerçəkləşməyib .

Müstəqil ekspertlər düşünürlər ki, Azərbaycan rəsmiləri keçən 19 ildə danışıqlarda formal şəkildə iştirak ediblər. Hakimiyyət heç də ÜTT-yə üzvilikdə maraqlı deyil. Ekspertlər deyirlər ki, Azərbaycan bu təşkilata üzv olsa, gərək gömrükdə korrupsiyaya tamamilə son qoyulsun.

XS
SM
MD
LG