Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:03

Demokratlar oturaq aksiya keçirdilər


Konqres
Konqres

-

ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvləri iyunun 22-də bütün günü Palatada oturaq aksiya keçirib, silahlara nəzarəti nəzərdə tutan qanun layihələrini səsverməyə çıxarmağı tələb ediblər. Bu yaxınlardan Orlandoda gey-kluba silahlı hücumda 49 nəfər öldürülüb.

100 konqresmen Palatanın xalçayla örtülmüş döşəməsində əyləşib, spiker Paul Ryan-ın sakitliyi bərpa etməsini əngəlləyib.

Bu səhnə demokratların mobil telefonları vasitəsilə yayılıb. Silahlara nəzarətə qarşı çıxan respublikaçılar isə Konqresin kabel şəbəkəsini kameraları söndürməyə məcbur edib.

10 saat davam edən etirazdan sonra Paul Ryan tribunaya çıxaraq sessiyaya başlamağa cəhd edib, ancaq demokratlar «Qanun olmasa, fasilə də olmayacaq», daha sonra «Ar olsun!» şüarları səsləndiriblər.

Demokratlar sonda «Biz qalib gələcəyik!» (We Shall Overcome) mahnısını oxumağa başlayıblar. Bu mahnı mülki hüquqlar uğrunda mübarizə illərində səslənirdi.

Ryan etirazı «reklam fəndi» adlandırıb. Demokratlar isə and içiblər ki, Palata tədbir görməyincə, aksiya davam edəcək.

XS
SM
MD
LG