Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:08

Türkiyəyə qaz ixracı artıb


Qaz
Qaz

-

Azərbaycan 2016-cı ilin yanvar-aprel aylarında «Şahdəniz» yatağının işlənməsinin «Mərhələ-1» çərçivəsində Türkiyəyə 2 milyard 259.96 milyon kubmetr qaz ixrac edib.

«Turan»ın xəbərinə görə, bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 39.8 milyon kubmetr və ya 1.8 faiz çoxdur.

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 546.18 milyon kubmetr qaz ixrac edib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən isə 15.99 milyon kubmetr artıqdır. Bütövlükdə, hesabat dövrü ərzində kəmərlər vasitəsilə Türkiyəyə qaz tədarükünün 17.7 faizi Azərbaycanın, qalan hissəsi İran və Rusiyanın payına düşüb.

Ümumilikdə, Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmində nəzərəçarpacaq artım hiss olunur.

XS
SM
MD
LG