Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:28

İkinci Dünya müharibəsində vuruşmuş beş məşhur yazıçı


İkinci dünya müharibəsində təbliğat posteri
İkinci dünya müharibəsində təbliğat posteri

-

22 iyun- Nasist Almaniyasının SSRİ-yə hücum etdiyi gündür. Oxu Zalı cəbhənin hər iki tərəfindən ikinci dünya müharibəsində iştirak etmiş yazıçıları yada salır.

ABŞ - Kurt Vonnegut

Amerikan yazıçısı Kurt Vonnegut
Amerikan yazıçısı Kurt Vonnegut

XX əsr tanınmış amerikan yazıçılarından biri olan Kurt Vonnegut təkcə ikinci dünya müharibəsində vuruşmayıb, hələ bir alman əsirliyində də olub. Vonnegut müharibəyə könüllü gedib. Onun olduğu bölük 1944-cü ildə Avropaya, Belçikanın ərazisinə göndərilib. Həmin ilin sonlarında Arden şəhəri tərəfdə almanlar əks hücuma keçərkən Vonnegut əsir düşür. Gələcək yazıçını əvvəlcə Berlinə, sonra isə Drezdendəki əmək düşərgəsinə yollayırlar. Vonnegut müharibəyə gedəndə bir az almanca bilirmi deyə onu hərbi əsirlərə rəhbər qoyurlar. Ancaq bu çox qısa çəkir. O günlərin bir günü almanlara sovet ordusu gələcəyi təqdirdə onları nələrin gözlədiyini izah edib, bunun qarşılığında almanlar onu yarıcan olana qədər döyüblər, əsirlərə rəhbərlik vəzifəsindən çıxarıb karserə salıblar. Məhz, karserdəykən gələcək yazıçı Drezdenin ittifaq ölkələri aviyasiyası tərəfindən dəhşətli bombardımanının şahidi olub. O əsirlikdən ancaq 1945-ci ilin mayında sovet ordusu gələndən sonra azad olunur.

Sonradan Vonnegut xatirələrində yazırdı ki, həbsdəykən o qədər arıqlayır, dərisinin altından sümükləri görünürmüş.

Fransa - Antuan de Saint-Exupery

Fransız yazıçısı Antuan de Saint-Exupery
Fransız yazıçısı Antuan de Saint-Exupery

Müharibə başlayanda de Saint-Exupery-nin müharibəyə getməmək şansı vardı. Belə demək olar ki, onun müharibədə iştirak etmə səbəbi dostları olub. Çünki 1939-cu ildə Avropada müharibə yenicə alovlananda Saint-Exupery artıq tanınş yazıçı və jurnalist idi. Ona bir neçə dəfə hərbi muxbir işi təklif etmişdilər, ancaq o imtina etmişdi. İş orasındadır ki, onun ən böyük arzusu hərbi pilot olmaq idi. O vaxtı Fransada hərbi pilotların sayının çox olmasına baxmayaraq de Saint-Exupery min bir yola əl atıb, axır ki, arzusuna çatır. Fransa işğal olunanda yazıçı müqaviət hərəkatına qoşulur. O bir neçə hərbi və kəşfiyyat uçuşunda iştirak edir. 1944-cü ilin 31 iyulunda de Saint-Exupery Bordo aerodromundan Korsika adasında doğru yola çıxıb. Elə o gün bu gündür Antuan de Saint-Exuperydən xəbər yoxdur. Düzdür 1988-i ildə Marseldən olan bir balıqçı təsadüfən tordan üzərində yazıçının adı yazılmış qolbağı tapıb, bu qolbaq yazıçıya məxsus olub.

Almaniya - Heinrich Böll

Alman yazıçısı Heinrich Böll
Alman yazıçısı Heinrich Böll

Tanınmış alman yazıçısı Heinrich Böll isə müharibədən canını qurtara bilmir, faşist ordusunun tərkibində döyüşə getməli olur. Onu əvvəl Fransaya, sonra isə Şərq cəbhəsinə yollayırlar. O piyada idi və bu şəkildə Ukrayna və Krımda döyüşüb. 70-ci illərin sonunda artıq tanınmış yazıçı kimi Rusiyaya səfər edən Böll zarafatla müharibədə Fransa əvəzinə birbaşa Rusiyaya gəlmək istədiyini bildirib. Heinrich Böll müharibə haqda xatirələrində yazırdı ki, 1945-ci ilin mayında az qalıb sovet əsgərlərinə təslim olsun ancaq son anda döyüş yoldaşları onu fikrindən döndürə biliblər və o amerikalılara təslim olub.

Rusiya - Bulat Okudzhava

Sovet, gürcü şairi Bulat Okudjava
Sovet, gürcü şairi Bulat Okudjava

Sovet tərəfdən müharibədə minlərlə yazıçı iştirak edib. Adətən döyüşdə olmuş yazıçıların başında Viktor Nekrasov və Vasiliy Qrossman gəlir, amma 1942-ci ildə cəmi 17 yaşında müharibəyə yollanmış Bulat Okudzhavanı çoxları unudub. Okudjava müharibəni ilk altı ayında yaralanır. O Mozdokun müdafiəsində minemyotçu kimi iştirak edirdi. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra Batumidəki 124-cü atıcı alayda qulluq edir. 1944-cü ildə onu sağlamlığındakı problemlərdən dolayı ordudan təxris edirlər. Sonradan müharibə haqda bir neçə povest və çoxlu şeir yazmış Okudjava “Qafqazın müdafiəsinə görə” və “Almaniya üzərində qələbə” medallarını alıb. 1985-ci ildə onu I dərəcəli “Böyük Vətən Müharibəsi” ordeni ilə təltif edirlər.

İngiltərə - William Golding

Ingilis yazar William Golding
Ingilis yazar William Golding

“Ağcaqanadların hökmdarı” romanının müəllifi William Golding demək olar müharibənin əvvəlindən axırına qədər Britaniya hərbi hava qüvvələrinin tərkibində vuruşub. Hətta o məşhur Atlantika uğrunda döyüşdə də iştirak edib. Müharibə başlamazdan əvvəl o incəsənət üzrə bakalavr və univerisitet müəllimi olub. İstəsəydi müharibədə iştirak etməzdi, amma öz istəyilə orduya yazılmışdı. Müharibədə iştirak etdiyi dövr ərzində Golding desant raket daşıyıcısının komandiri vəzifəsinə qədər yüksəlir, hələ bir dəfə alman sualtı qayığının zərbəsindən olduğu gəmi batır, az qalır ölsün. Bir az sonra o gəminin dağıntıları içindən çiynində iki yaralı matrosla birgə çıxır. Golding Normandiyaya hücumda desant gəmisinin komandiri kimi iştirak edir və hətta yüngülvari yaralanır da. Qeyd etmək lazımdır ki, müharibə görmüş yazıçıların əksəriyyətindən fərqli olaraq o heç vaxt müharibəni xatırlamağı sevmirdi və hətta döyüşlərdə qəhrəmanlığına görə layiq görüldüyü bir neçə mükafatdan imtina da etmişdi.

XS
SM
MD
LG