Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Xalq Cəbhəsi SOCAR-ı tənqid edir


Əli Kərimli
Əli Kərimli

►SOCAR-ın yenidən kredit alması birmənalı qarşılanmır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, bu, yoxsulluqla amansız mübarizə aparan xalqa qarşı neqativ xəbərdir.

“Avropa futbol çempionatına sponsorluğa 120 milyon manatı yenicə xərcləmiş Dövlət Neft Şirkətimiz (SOCAR) indi də Avstriya bankından 250 milyon dollar kredit aldı. Ötən il “Qazprombank”dan 489 milyon dollar, Azərbaycan Beynəlxalq Bankından 1 milyard 291 milyon manat, 2014-cü ilin dekabrında isə Kanadadan 3.3 milyard dollar kredit almışdılar. Lakin SOCAR dayanmaq bilmir. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankından 2 milyard dollar, Koreyanın “Eximbank”ından isə 1 milyard avro kredit almaq istəyir”

Əli Kərimli vətəndaşlara xitabən soruşur.

“Fikirləşirsiniz ki, bəs SOCAR bu qədər borcun altından necə çıxacaq? Əlbəttə, bizim hesabımıza. Ya büdcədən, Mərkəzi Bankdan kömək ediləcək, ya da yanacağın qiyməti qaldırılacaq. İndi əmin oldunuz ki, dünyada futbolun, cüdonun və s. inkişafı adı ilə dağıdılan, korrupsiya layihələrilə mənimsənilən pullar bizim pullardır?”

Kreditin alınması və müxalifətin tənqidi fikirləri ilə bağlı SOCAR hələ münasibət bildirməyib.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Bu gün bir sıra saytlar məlumat yaydılar ki, “UniCredit Bank Austria” “SOCAR Trading Group”un tərkibinə daxil olan bir neçə şirkətə 250 milyon dollar məbləğində kredit ayırıb.

Kredit müvafiq şirkətlərin ticarət fəaliyyətinə dəstək vermək məqsədilə ayrılıb. Saziş üzrə hüquqi məsləhətçi qismində Böyük Britaniyanın “Norton Rose Fullbright” şirkəti çıxış edir.

Kredit alan mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etməkdən ötrü 2007-ci ilin dekabrında təsis olunub.

Bir müddət öncə rəsmilər bəyan etmişdilər ki, SOCAR-ın 6.3 milyard dollar borcu var.

Buna da bax: Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
Gözlə

No media source currently available

0:00 0:16:10 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG