Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

-

Azərbaycanda yeni tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən binalardan mənzillərin alınmasına da ipoteka kreditləri veriləcək.

Bu, prezident İlham Əliyevin iyunun 22-də imzaladığı “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında ” fərmanda əksini tapıb.

Həmin sənədlə prezidentin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında ” fərmanına dəyişiklik edilib.

Həmin fərmanda İpoteka Fondunun kreditlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq istismarına icazə verilmiş binalardakı mənzillərin alınmasına yönəldilməsi nəzərdə tutulurdu. Ölkə başçısının imzaladığı son fərmanda bu tələb nəzərdə tutulmayıb.

Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlanılıb.

Bu il prezidentin fərmanı ilə ipoteka kreditləşməsinə əlavə 200 mln ayrılıb.

İpoteka Fondu xətti ilə bu il mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib.

Ötən illə müqayisədə ipoteka kreditlərinin verilməsinin təqribən 30 dəfə azaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG