Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

-

Bu ilin beş ayında Azərbaycanda sement istehsalının 30,3 faiz azaldığı bildirilir. Bu, ilk növbədə işgüzar aktivliyin və iqtisadiyyata dövlət investisiyalarının azalması ilə izah edilir.

Yanvar-mayda sement istehsalı 829 min ton təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə beton zavodları isə 177 min ton beton qatışığı istehsal edib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 60 faiz azdır.

Sementə tələbatın azalması bu məhsulun istehsalında lazım olan klinkerin ( bişmiş gil və başqa qarşıqlar) idxal həcminə də təsir edib. Azərbaycanda əsas sement istehsalçıları “Norm” MMC, “Qazax Sement” MMC və “Holcim (Azerbaijan)” ASC-dir. Onların ümumi illik gücü 4,7 milyon tondur.

Günün bütün mövzuları

XS
SM
MD
LG