Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55

-

Azərbaycanda islahatların əhatəliliyi və səmərəliliyinin artırılması adı ilə ictimai rəyin öyrənilməsindən ötrü sorğu keçirilir.

Sorğunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisinin xidməti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi keçirir.

Turan-ın xəbərinə görə, respondentlərə öz təkliflərini hazır şablon yolu ilə deyil, açıq formada bildirmək təklif olunur.

İqtisadi islahatlar üzrə təkliflər http://iqtisadiislahat.org/online-application ünvanda qəbul olunur. Sorğuda hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar iştirak edə bilər.

Neft gəlirlərinin azalmasının mənfi təsirinin aradan qaldırılmasından ötrü Azərbaycanda müəyyən addımların atıldığı bildirilir . Bura vergi güzəştləri, ixracatçılara imtiyazlar, ticarət və ictimai iaşə sahəsində vergi qoyuluşu sxeminin dəyişdirilməsi aid edilir. Ancaq ekspertlərə görə, hələlik, bu tədbirlər ümumi mənzərəyə və iqtisadi artıma təsir göstərmir. Onların fikrincə, bunun əsas səbəbi inhisar və korrupsiyanın aradan qaldırılmamasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG