Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

-

Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Qiyas İbrahimovun anasına bu gün onunla görüşməyə icazə verməyiblər.

Bu haqda Turan-a gənc fəalın anası Şura İbrahimova məlumat verib. Onun deməsinə görə, təcridxanada saatlarla rəislərin qapılarında qalıb.

«Gah yazı stoluna göndərdilər, gah hansısa rəisin yanına. Heç kim görüşə niyə icazə verilmədiyini doğru-dürüst izah eləmədi. Təcridxana rəisi ilə telefonda danışmaq istəsk də alınmadı”, - gənc fəalın anası bildirib.

Ancaq təcridxanada ananın apardığı sovqatı qəbul ediblər.

Məhkum və saxlanan şəxslərlə görüşlərin rejimi Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 81-ci maddəsinə görə, saxlanan şəxslərə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.

Görüşlərə fövqəladə durumlarda məhdudiyyət qoyila bilər.

Qiyas İbrahimovla Bayram Məmmədov mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə saxlanıblar. NİDA Vətəndaş Hərəkatı onların keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb. Onlar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib .

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunması barədə bəyanatlar yayıblar. «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı gəncləri vicdan məhbusu sayır.

Hər iki gənc onlara işgəncələr verildiyini bildirib. Rəsmi dairələr bu iddiaları təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG