Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:07

Braziliyada Olimpiya məşəlinin estafetində iştitrak etmiş Juma adlı Yaquar Manaus şəhərindəki zooparkda öldürülüb.

O qəfəsdən qaçaraq mühavizəşilərə hücum etmək istəyib.

Juma olimpiya estafetlərində iştirak edən heyvanlardan biri idi.

8 yaşlı yaquar doğma Amazonas ştatını təmsil edirdi.

Ertəsi gün yerli qəzetlər onun öldürülməsindən bəhs edən başlıqlarla çıxıb.

Onu əvvəlcə uydurucu gülələrlə vurublar, amma yaquar yenə də mühavizəçilərə hücum etməyə cəhd göstərib.

Hadisə yerinə gələn əsgərlər onu əsil gülləylə vurmalı olublar.

Veterinarlar onun həyatını xilas edə bilməyiblər.

Heyvansevərlər ölkəboyu onun müdafiəsinə qalxıb.

Qırmızı kitaba düşən yaquar bu yay Rio-de Janeyroda keçirilən Olimpiya oyunlarının rəmzidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG