Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:18

-

Yanvar-may aylarında Azərbaycan əhalisinin gəlirləri 8,3 faiz artıb.

Bu haqda Dövlət Statistika Komitəsinin əhalinin gəlirləri ilə bağlı iyunun 22-də açıqladığı bilgilərdə deyilir.

Komitə bildirir ki, beş ayda əhalinin hər nəfərinə düşən gəlirlər min822 manat təşkil edib. Hər ayın payına orta hesabla 364,6 manat düşür.

Gəlirlərin xərclənmə təsnifatına gəlincə, komitə bildirir ki, insanlar əldə etdikləri vəsaitin 79,4 faizini son istehlak xərclərinə sərf ediblər. Gəlirlərin 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarına, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilib.

Dövlət Statistika Komitəsi bu dövrdə qiymətlərin isə təqribən 12 faiz artdığını bildirirdi. Ancaq müstəqil iqtisadçılar həmin rəqəmə şübhə ilə yanaşırdılar. Onlar deyirdilər ki, qiymətlər təqribən 40-50 faiz bahalaşıb. Üstəlik, ötən il 2 dəfə devalvasiya baş verdiyindən manat dollar qarşısında iki dəfə dəyər itirib. Müstəqil iqtisadçılar deyillər ki, dollarla götürdükdə gəlir hədən ziyada azalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG