Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

-

Azərbaycan Qlobal ərzaq təhlükəsizliyi indeksi çərçivəsində 113 ölkə arasında 57-ci yerdədir.

“The Economist İntelligence Unit” beynəlxalq təşkilatının məlumatına görə, Azərbaycan 100-dən 57,1 bal toplayıb. Azərbaycan Misir və Vyetnamla "qonşudur."

Postsovet məkanında (Baltikyanı ölkələr istisna olmaqla) Belarus liderdir. Bu ölkə 46-cı yerdə qərarlaşıb.

Ərzaq təhlükəsizliyinə görə, Ukrayna 63-cü, Özbəkistan 72-cidir. Digər respublikaların adları siyahıda yoxdur.

Hesabata görə, ABŞ siyahıda birinci yerdədir. Ardınca İrlandiya, Sinqapur, Avstraliya, Niderland, Fransa, Kanada, Böyük Britaniya və İsveç gəlir.

Mozambik və Syerra-Leone isə cədvəlin sonunda qərarlaşıb.

Təşkilatın hesabatında bildirilir ki, hazırda gündə dünyada 800 milyon insan aclıqdan əziyyət çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG