Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:37

-

Rusiya Prezidenti Vladimir Putin deyir ki, ölkə “sərhədləri yaxınlığında NATO-nun aqressiv hərəkətləri ilə” üzləşəndə “öz təhlükəsizliyi barədə düşünməlidir”.

Putin iyunun 22-də Dövlət Dumasının plenar sessiyasında çıxışında deyib ki, Moskva “aqressiv Qərb ritorikasına adekvat cavab verməlidir”.

Rusiya prezidenti dünyanın beynəlxalq terrorçuluqla mübarizə aparmalı, mövcud alyanslardan kənara çıxan təhlükəsizlik sistemi yaratmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya belə bir sistemin yaradılmasından ötrü “dialoqa hazırdır”.

Putin Duma deputatlarına Rusiyanın 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq etməsinə dəstək verdiklərinə görə təşəkkür edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG