Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:04

Şəkər xəstəliyi «cavanlaşır»


Diabet xəstələri üçün dərmanların müntəzəm qəbulu ölüm hallarının qarşısını alır

Diabet xəstələri üçün dərmanların müntəzəm qəbulu ölüm hallarının qarşısını alır

-

Hazırda Respublika Endokrinoloji Mərkəzində 204 mindən artıq şəkərli diabet xəstəsi qeydiyyatdadır.

APA bu xəbəri mərkəzin direktoru Yusif İsmiyevə istinadən yayıb. Y.İsmiyevin deməsinə görə, xəstələrin 62 min nəfəri Bakıda yaşayanlardır.

Direktor qeyd edib ki, şəkərli diabet xəstəliyinə tutulma halları hər il təxminən 15 faiz artır: «Bu artım Azərbaycanda da müşahidə olunur. Xəstələrin sayı artırsa, deməli, insulin pompasından istifadə edənlərin sayı da artır. Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Adi qripə yoluxan insan onun fəsadlarından biri kimi şəkər xəstəliyinə tutula bilər. Valideynlərindən hər ikisi şəkərli diabet olan uşaqlarda bu xəstəliyə tutulma riski 50 faiz, valideynlərdən birində həmin xəstəlik varsa, o zaman bu, 20-30 faiz olur».

Y.İsmiyevin deməsinə görə, bir yaşında uşaqda da bu xəstəliyə rast gəlmək olur: «Yaş qruplarına gəlincə, uşaqlar arasında 1 yaşında olan şəkərli diabet xəstəmiz də var. Artıq şəkərli diabet yaş baxımından qiymətləndirilə bilməz. Adətən bu xəstəlik yaşlılarda daha çox müşahidə olunurdu. İndi isə xəstəlikdə «cavanlaşma» gedir».

Günün bütün mövzuları

XS
SM
MD
LG