Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

«The Economist Intelligence Unit» (EIU) təşkilatı illik Qlobal Ərzaq Təhlükəsizliyi İndeksini açıqlayıb. İndeks 113 ölkədə ərzağa çatımlılıq, onun mümkünlüyü və keyfiyyəti kimi kateqoriyaları əhatələyir. Bir sözlə, ölkə özünü ərzaqla necə təmin edir.

İndeksə görə, dünyada ərzaq təhlükəsizliyi yaxşılaşmaqdadır. Aclıq səviyyəsi azalır: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, son 10 ildə pis qidalanan əhalinin sayı 176 milyon nəfər azalıb. Ancaq 800 milyon nəfər, yəni hər 9 nəfərdən 1-i acdır və ərzaq təhlükəsizliyi gələcəyin böyük qlobal problemi olaraq qalır.

«Azgəlirli ölkələrdə, adətən, baza infrastrukturu olmur və gəlirlərin azlığı qidalı ərzağa çıxışı əngəlləyir. Siyasi risk və korrupsiya bu ölkələrdə struktur çətinliklərlə birləşir. Gələcək iqlim dəyişikliyi riski bu məsələləri daha da şişirdir», - məlumatda deyilir.

İndeksin dibində yer alan ölkələr hava durumuyla bağlı itki verənlərdir. Qurum bildirir ki, quraqlıq, daşqın kimi hava şəraiti uzunmüddətli perspektivdə ərzaq məsələsinə ciddi təsir göstərəcək, onun qiymətini artıracaq, istehsalın dayanıqsızlığını artıracaq.

Dünya Bankının dəyərləndirməsinə görə, iqlim dəyişikliyi ilə bağlı heç bir tədbir görülməsə, kəskin hava şəraiti 2030-cu ilədək məhsul itkisini 5%-sək qaldıra bilər ki, bu da ərzağın qiymətinə təsirsiz ötüşməyəcək.

Ərzaq Təhlükəsizliyi İndeksi üzrə maksimum bal 100-dür. Azərbaycan 57, Rusiya 48, Belarus 46, Ukrayna 63, Özbəkistan 72 bal toplayıb.

EIU bildirir ki, dəyərləndirmə üçün 113 ölkə regional müxtəliflik, iqtisadi əhəmiyyət, əhali sayı kimi kriteriyalara əsasən seçilib.

Şərhləri göstər

XS
SM
MD
LG