Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

-

Rusiya Prezidenti Vladimir Putin iyunun 22-də indiki Dövlət Dumasının son plenar sessiyasında çıxış edəcək. 6-cı Dövlət Dumasının səlahiyyət müddəti sentyabrda bitir.

İlkin olaraq, dekabrın 4-nə planlaşdırılan seçkilər sentyabrın 18-nə çəkilib. Dövlət Dumasından 450 yerə seçkilər keçiriləcək.

Hazırkı Dumada 238 yer hakim Vahid Rusiya partiyasına məxsusdur. Partiyaya Putin-in müttəfiqi Dmitry Medvedev başçılıq edir.

Dumada Kommunist Partiyasının 92, Ədalətli Rusiya partiyasının 64, ifrat sağçı Liberal Demokratik Partiyasının isə 56 deputatı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG