Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:28

Magistraturaya qəbulun nəticələri açıqlandı


İmtahan
İmtahan

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb.

Komissiyanın bildirməsinə görə, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Qəbul olanlardan 2205 nəfəri dövlət sifarişi, 2970-i isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072-si isə əvvəlki illərin məzunudur.

Müsabiqədən keçənlər iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Magistraturaya qəbul imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçirilib.

XS
SM
MD
LG