Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54

-

Şimali Koreya iki ortamənzilli Musudan raketi buraxıb. Cənubi Koreya bildirir ki, raketlərdən biri 250 mil qət edərək Yapon dənizinə düşüb və sınağın uğurla keçdiyini bildirir.

İyunun 22-də buraxılmış birinci raketsə 95 mil qət edəndən sonra havada hissələrə ayrılıb.

Pxenyan apreldən bəri Musudan raketini altı dəfə sınaqdan keçirib.

BMT-nin Təhlükəsizlik Şurası bir neçə qətnamə qəbul edərək bu sınaqları pisləyib, Pxenyana ballistik raket texnologiyasından istifadəni qadağan edib. Şimali Koreya isə bu qətnamələri suverenliyinin pozulması adlandırıb.

Yaponiya son raket sınaqlarını “ciddi provokasiya” adlandırıb, buna cavab verməyi nəzərdən keçirməkdən ötrü milli təhlükəsizlik şurasının iclasını çağırıb.

ABŞ da raket sınaqlarını aşkarladığını, bu pozuntuları BMT Təhlükəsizlik Şurası qarşısında qaldıracağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG